Ağdaşda Ağsaqqallar Şurası idarə heyətinin iclası keçirildi.
9 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurası idarə heyətinin iclası keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Cavid Osmanov və Respublika Ağsaqqallar Şurası aparatının böyük məsləhətçisi Kamal Əliyev iştirak edirdi.
Tədbirdən öncə iştirakçılar Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Rayon Ağsaqqallar Şurasının üzvləri rayonda görülən işlər barədə məlumat verdilər.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov tədbirdə çıxış edərək qeyd etdi ki, Azərbaycan dövlətinin müstəqillik tarixindən keçən 30 illik dövr ərzində ağsaqqallar ulu öndər Heydər Əliyevin siyasətinə daim sadiq olmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük missiyaya hər zaman dəstək vermiş, daim gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi və fəaliyyətləri üçün dəyərli tövsiyələrini əsirgəməmişlər.
İclasda təşkilati məsələlər müzakirə olundu.
Rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi seçildi.