Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ağacəkmə tədbiri keçirilib

31 yanvar 2025 | 16:39
Yanvarın 31-də Ağdaş rayonunun Eymur kəndi ərazisindəki meşə fondu torpağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, Nazirliyin Meşələrin İnkişafı Xidməti, regional ekologiya idarələrinin əməkdaşları və rayonun digər rəsmiləri iştirak edib.
Gün ərzində rayon ərazisindəki meşə fondu torpağında 2300-dən artıq Şərq çinarı əkilib.
Keçidlər