Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmirinə başlanılıb
26 mart 2025 | 12:11
Ağdaş rayonunda 8 yaşayış məntəqəsini birləşdirən Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb.
Təmir işləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilir.
İlkin mərhələdə materialların əraziyə daşınması, yolun düzlənməsi və yolaltı şirə arxlarının keçdiyi hissələrdə boruların yenilənməsi işləri aparılır.
Yeni yolun istifadəyə verilməsi ilə kəndlərarası nəqliyyat əlaqələri yaxşılaşacaq, həmçinin əhalinin rayon mərkəzinə və digər əhəmiyyətli magistral yollara çıxışı asanlaşacaq. Bu da bölgədə sosial-iqtisadi inkişafı sürətləndirəcək, kənd təsərrüfatı və ticarət fəaliyyətinin genişlənməsinə töhfə verəcək.