Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbiri keçirilib.

06 mart 2023 | 17:27

6 mart 2023-cü il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Ağdaş Rayon İcra Hakimiyyəti, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Ağdaş rayonu Qülbəndə kənd “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Ağdaş şəhərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbiri keçirilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Səbuhi Musayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna dualar oxunub. Tədbirdə çıxış edən natiqlər şəhid ailələrinin qadın üzvlərini 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsində əvəzsiz rolunun olduğunu diqqətə çatdıraraq dövlətin hər zaman onların yanında olduğunu ifadə ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

 

Keçidlər