Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

31 mart 2026 | 17:47

31 mart 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, gənclər, eləcə də qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova çıxışında 31 Mart soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını qeyd edərək, Ulu Öndər Heydər Əliyevin bu faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində gördüyü mühüm işlərdən, eləcə də Prezident İlham Əliyev tərəfindən tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində həyata keçirilən ardıcıl siyasətdən bəhs edib.

Digər çıxışlarda 1918-ci il mart hadisələrinin mahiyyəti, azərbaycanlılara qarşı törədilmiş qırğınların tarixi kökləri, soyqırımın ağır nəticələri, eləcə də bu faciələrin milli yaddaşda qorunmasının və gələcək nəsillərə düzgün çatdırılmasının əhəmiyyəti geniş şəkildə vurğulanıb. Soyqırım qurbanlarının xatirəsinin daim uca tutulduğu və bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Keçidlər