Ağdaşda 27 Sentyabr - Anım Günü qeyd olunub.
Sentyabrın 27-də rayonun “Şəhidlər” kompleksində Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri və müharibə veteranları iştirak edib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs olunub, bu tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm rola malik olduğu diqqətə çatdırılıb.
Tədbir iştirakçıları tərəfindən şəhid məzarlarının və xatirə lövhələrinin qarşısına gül-çiçək dəstələri düzülüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.







