Ağdaşda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
27 sentyabr 2025 | 13:17
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhuna ehtiram olaraq Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq- mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.







