Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 21 fevral – Beynəlxalq Ana Dili Günü qeyd edildi.

21 fevral 2023 | 15:59

21 fevral 2023-cü il tarixdə rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı və mədəniyyət işçiləri iştirak edirdi. Məruzə və çıxışlarda qeyd olunub ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulan ana dilinin inkişafına və qorunmasına yönələn dövlət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşan dövlət başçısının Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində atdığı mühüm addımlar, imzaladığı sərəncamlar Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında öz layiqli yerini tutmasına xidmət edir. Tədbir boyunca ana dilinə həsr olunmuş şeir nümunələri səsləndirildi.

Keçidlər