Ağdaşda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
20 yanvar 2026 | 10:53
Ağdaş rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Rayonun “Şəhidlər” kompleksində təşkil olunan tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Anım mərasimi zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







