Ağdaşda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslə aşılanması” mövzusunda tədbir keçirilib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova ailə institutun möhkəm və davamlı olmasının cəmiyyəti inkişafında xüsusi önəmini qeyd edib. O, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərin, ailə institutunun qorunması və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini formalaşdırdığını bildirib.
Ulu Öndərin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkənin dinamik inkişafının təmin edildiyi, habelə ölkədə ailə institutunun, ailə dəyərlərinin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə mühüm xidmətlərindən, Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində ailələrin, uşaqların, aztəminatlı təbəqələrin rifahı naminə həyata keçirilən layihələrdən bəhs olunub.
Qeyd edilib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu, həm hüquqi dövlətin təməl prinsiplərinə sadiqliyin, həm də milli birliyin və müstəqilliyin təntənəsi deməkdir. Suveren və hüquqi dövlətin əsasında dayanan güclü ailə modeli isə bu dəyərlərin davamlılığını və gələcəyə ötürülməsini təmin edir.
Tədbirdə ailə institutunun, ailə dəyərlərinin qorunub saxlanılması, inkişafı, cəmiyyətdə ailənin yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdən bəsh olunub, bu mövzuda fikir mübadiləsi aparılıb.