Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 15 iyun - Milli Qurtuluş Günü qeyd olundu.

15 iyun 2022 | 14:06

Ölkəmizi düçar olunduğu siyasi və dövlət böhranından xilas etmək üçün hakimiyyətə qayıdan Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də parlamentin sədri seçilərək dövlətin idarə olunması kimi ağır vəzifəni öz üzərinə götürdü.

Milli Qurtuluşdan başlayaraq Böyük Zəfərədək keçən yol ərzində bütün sahələrdə, o cümlədən torpaqlarımızın bütövlüyünün təmin olunması istiqamətində böyük uğurlar əldə edilmişdir.

Bu mənada ölkə Prezidentinin rəhbərliyi altında 2020-ci ilin noyabr ayında 44 gün ərzində qazanılan möhtəşəm Zəfər ölkəmizin uğurlar salnaməsinin dəyərli səhifəsini təşkil edir.

15 iyun 2022-ci il tarixdə rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Milli Qurtuluş Günü ilə əlaqədar xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ehtiramla yad edilmiş, abidənin önünə tər çiçək dəstələri düzülmüşdür.

Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə ilk öncə Dövlət Himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xalq çalğı” alətləri orkestrinin hazırladığı konsert proqramı təqdim olunmuş, konsertdə görkəmli Azərbaycan bəstəkarlarının operalarından parçalar, populyar mahnılar, təsniflər və xalq mahnıları səsləndirilmişdir.

Tamaşaçılar filarmoniyanın aparıcı solistlərinin ifasında təqdim olunan musiqi nömrələrini hərarətli alqışlarla qarşılayıblar.

Keçidlər