Ağdaş şəhərinin təmizliyi və kommunal təsərrüfat sahəsində mövcud vəziyyətin müzakirəsinə dair iclas keçirilib
22 avqust 2025 | 17:58
Avqust 22-də Ağdaş rayon İcra Hakimiyyətində Ağdaş şəhərinin təmizliyi, Ağdaş Kommunal Müəssisələr Kombinatının və Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
İclasda aidiyyəti qurumların fəaliyyətinin gücləndirilməsi, əhalinin rahatlığı və şəhərin abadlığının təmin olunması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.







