Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhərinin daha 6 küçəsində əsaslı təmir işlərinə başlanılıb

22 aprel 2025 | 16:53

Ağdaş şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin sifarişi əsasında şəhərin daha 6 küçəsində - İqbal Rzayev, Fariz Səfərov, Mirzalı Əliyev, Məhəmməd Əmin Rəsulzadə, Sönməz Məmmədov və Ərəş küçələrində yollara asfalt örtüyü çəkilməklə, əsaslı təmir işlərinə başlanılıb.

Əhalinin rahat hərəkətinin təmin edilməsi məqsədilə şəhərin digər küçələrində də təmir işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Keçidlər