Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhəri ərazisində asfalt örtüyündə cari təmir işləri həyata keçirilir

13 oktyabr 2025 | 16:13

Ağdaş şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və əhalinin rahat hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində cari təmir işləri həyata keçirilir.

Hazırda bu ərazilərdə köhnə asfalt örtüyünün yararsız vəziyyətə düşmüş hissələri və yol səthində yaranmış çökəkliklər, zədələnmiş hissələr bərpa edilir.

Qeyd edək ki, Ağdaş şəhərinin digər küçə və yollarında da mərhələli şəkildə cari və əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.

Keçidlər