Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

19 yanvar 2026 | 18:28

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Ağdaş rayonu ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, eləcə də gənclər və idman sektorunda anım tədbirləri, dəyirmi masalar keçirilib, xüsusi dərslər təşkil olunub.

Tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədi daşısa da, əksinə, milli oyanışın və müstəqillik mübarizəsinin dönüş nöqtəsinə çevrilib. Vurğulanıb ki, həmin qanlı hadisələr zamanı xalqımız böyük itkilər versə də, öz mübarizə əzmini, milli ləyaqətini və birlik ruhunu bütün dünyaya nümayiş etdirib. Ulu Öndər Heydər Əliyevin bu faciəyə verdiyi siyasi-hüquqi qiymət 20 Yanvar hadisələrinin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Tədbirlər çərçivəsində anım guşələri yaradılıb, faciəni əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, şagird və tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

Keçidlər