Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunun Pirəyir kəndində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm layihə həyata keçirilib.

16 iyul 2026 | 15:26

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi, regionlarda müasir infrastrukturun yaradılması və içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Ağdaş rayonunun Pirəyir kəndində də mühüm layihə icra olunub.

Layihə çərçivəsində 194 abonent sayğaclaşdırılaraq kəndə içməli suyun verilməsinə başlanılıb.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, şəhid ailələrinin üzvləri, kənd sakinləri və digər aidiyyəti qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən ADSEA sədrinin müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev və şəhid atası Məzahir Çələbiyev həyata keçirilən layihənin əhəmiyyətindən bəhs edərək, əhalinin keyfiyyətli içməli su ilə təmin olunmasının insanların həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildiriblər. Çıxışlarda ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində regionlarda infrastruktur layihələrinin uğurla davam etdirildiyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin vətəndaşların rifahının yüksəldilməsinə xidmət etdiyi vurğulanıb.

Sonda kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər