Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunun bir sıra ümumtəhsil məktəblərində cari təmir işləri aparılır

11 sentyabr 2026 | 17:33

Ağdaş rayonunda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, binaların cari və əsaslı təmiri istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Yeni dərs ilinə hazırlıq çərçivəsində rayonun bir sıra ümumtəhsil məktəblərində cari təmir işləri sürətlə davam etdirilir. Görülən işlər çərçivəsində dam örtükləri dəyişdirilir, sanitar qovşaqlar yenilənir, pəncərələr bərpa olunur, digər cari təmir işləri aparılır.

Məqsəd yeni dərs ilində məktəblərin daha müasir, rahat və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin etməkdir.

Həyata keçirilən tədbirlər rayonun ümumtəhsil müəssisələrinin inkişafına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin daha rahat şəraitdə təhsil almasına xidmət edir.

 

Keçidlər