“Ağdaş rayonunun 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf istiqamətləri” üzrə xidmətin göstərilməsinə dair görüş keçirilib
Martın 16-da Ağdaş Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında “Ağdaş rayonunun 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf istiqamətləri” mövzusunda imzalanmış müqavilə çərçivəsində görüş təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, İqtisadiyyat İnstitutunun şöbə müdirləri, professor Tərbiz Əliyev, İqtisad elmləri doktoru Allahyar Muradov, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov, baş menecer Şakir Alıyev və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Görüşdə formalaşdırılmış tədqiqat qrupu tərəfindən yerinə yetiriləcək işlərin və təşkilati məsələlərin layihə təklifində göstərilən fəaliyyət planına uyğun olaraq həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Həmçinin, layihənin məqsəd və vəzifələri, Ağdaş rayonunun 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf istiqamətlərinə dəstək mexanizmlərinin hazırlanması istiqamətində qarşıda duran tapşırıqlar barədə fikir mübadiləsi aparılıb.







