Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda taxıl biçini davam etdirilir.

21 iyun 2025 | 10:14

2025-ci ilin məhsulu üçun rayon üzrə fermerlər tərəfindən ümumilikdə 15465 hektar sahədə taxıl əkini aparılmışdır. Bu sahələrin 3950 hektarını buğda, 11515  hektarını isə arpa təşkil edir.

Hazırda biçin kampaniyasının əsas məqsədi yetişmiş məhsulun sahələrdən vaxtında, itkisiz və keyfiyyətlə toplanılmasını təmin etməkdir.

Qeyd edək ki, taxılçılıq rayonda ənənəvi və strateji əhəmiyyətə malik sahələrdən biridir. Bu sahənin inkişafı həm ərzaq təhlükəsizliyinin  təmin olunması, həm də kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından xüsusi önəm daşıyır.

Keçidlər