Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda sosial-iqtisadi inkişafın yekunları müzakirə olunub

26 avqust 2026 | 17:05

Bildirilib ki, hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən məhsul istehsalı və xidmətlərin göstərilməsi sahəsində artım meyilləri davam edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələri üzrə müsbət dinamika qeydə alınıb.

İclas zamanı əldə olunmuş nəticələr təhlil edilib, mövcud imkanlardan daha səmərəli istifadə olunması, iqtisadi fəallığın artırılması və qarşıda duran vəzifələrin icrası ilə bağlı məsələlərə toxunulub.

Aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Keçidlər