Ağdaş rayonunda səhiyyə sahəsində mövcud məsələlər müzakirə edilib
11 sentyabr 2026 | 17:58
Sentyabrın 11-də rayon İcra Hakimiyyətində səhiyyə sahəsində mövcud problemlərin araşdırılması, diaqnostikası, təhlili və həllinə dair işçi qrupunun üzvləri ilə görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planından irəli gələn vəzifələrin icra vəziyyəti, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib, qarşıya qoyulan tədbirlərin vaxtında və səmərəli icrası ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.







