Ağdaş rayonunda Şəhidlər Kompleksində abadlıq-təmizlik işləri həyata keçirilib
19 yanvar 2026 | 18:00
20 Yanvar faciəsinin otuz altıncı ildönümü ərəfəsində rayonun Şəhidlər kompleksində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq abadlıq və təmizlik işləri həyata keçirilib.
Təmizlik çərçivəsində ərazi alaq otlarından və tullantılardan təmizlənmiş, yaşıllıq sahələrinə qulluq göstərilmiş, ağac və gül kolları səliqəyə salınmış, xatirə lövhələri təmizlənmiş, ümumi səliqə-sahman yaradılmışdır.
Qeyd edək ki, görülən bu tədbirlər Vətən uğrunda canlarından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsinə dərin hörmətin ifadəsi olmaqla yanaşı, vətəndaşların rahat ziyarəti üçün əlverişli şəraitin təmin edilməsinə xidmət edir.







