Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda şəhid ailələrinin ziyarəti davam etdirilir

11 mart 2026 | 17:25

11 mart 2026-cı il tarixində rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Kükəl kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Səlimov Elşən Əliheydər oğlu, Əhmədov Natiq Vahid oğlu və Həmidov Dursun Şükür oğlunun ailələrini ziyarət edib.

Görüşlərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad olunub, onların göstərdikləri şücaət və fədakarlığın xalqımızın yaddaşında daim yaşayacağı qeyd edilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər