Ağdaş rayonunda şəhid ailələrinin ziyarəti davam etdirilir
14 aprel 2025 | 17:33
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Xosrov kəndində şəhidlərimiz Ələsgərov İlqar Səlim oğlu, Vəliyev Sadiq Ayaz oğlu və Məmmədov Kənan Bəhruz oğlunun ailələrini ziyarət edib.
Şəhid ailələri ilə keçirilən görüşlərdə onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən söhbət açılıb, şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlardan bəhs olunub, onların xatirəsinin daim uca tutulduğu qeyd edilib.
Şəhid ailələrinin üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!