Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda şəhid ailələrinə Novruz sovqatları paylanılıb

19 mart 2025 | 15:05

Novruz bayramı ərəfəsində Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə bayram sovqatları paylanılıb.
Şəhid ailələri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, rayonda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər şəhid ailələrinə olan ehtiramın və dövlət qayğısının bariz nümunəsidir.

Keçidlər