Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda sağlam qidalanmanın təşviqinə həsr olunmuş tədbir keçirilib

24 aprel 2026 | 17:14

Aprelin 24-də Ağdaş Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin qida təhlükəsizliyi sahəsində imzaladığı müvafiq sərəncamların icrası çərçivəsində “Sağlam qida – sağlam gələcək” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsinin Qida Təhlükəsizliyinə Nəzarət sektorunun müdiri Elvin Qasımov, eləcə də təhsil və səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Aynur Novruzova sağlam qidalanmanın əhəmiyyətindən bəhs edərək, xüsusilə həssas əhali qruplarının düzgün qida vərdişlərinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib. Çıxışlarda sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyinə nəzarət və bu sahədə aparılan maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində sağlam qidalanma mədəniyyətinin təbliği, xüsusilə həssas əhali qrupları arasında düzgün qida vərdişlərinin formalaşdırılması, eləcə də qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər və qarşıda duran prioritetlər müzakirə olunub.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər