Ağdaş rayonunda Ramazan və Novruz bayramları ərəfəsində abadlıq və təmizlik işləri həyata keçirilib
19 mart 2026 | 15:46
Rayonun bütün yaşayış məntəqələrində, magistral avtomobil yollarının kənarlarında, eləcə də qəbiristanlıqlarda təmizlik və abadlıq işləri aparılıb, ümumi sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.
Görülən işlər rayon ərazisində təmiz və sağlam yaşayış mühitinin formalaşdırılmasına, həmçinin Ramazan və Novruz bayramlarının yüksək əhval-ruhiyyə şəraitində qarşılanmasına xidmət edir.







