Ağdaş rayonunda rabitə xətlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir
06 aprel 2026 | 15:05
Bu çərçivədə rayon İcra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dəstəyi ilə Ağdaş Telekommunikasiya Qovşağı tərəfindən Tofiqi kəndində internet xətlərinə toxunan ağaclarda budama işləri aparılıb.
Görülən işlər rabitə xətlərinin zədələnmə riskini azaltmaq və qeyri-sabit hava şəraitində nasazlıqların qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Budama prosesi müvafiq texniki təhlükəsizlik qaydalarına tam riayət olunmaqla aparılıb.







