Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Qurban bayramına hazırlıqla əlaqədar iclas keçirilib

19 may 2026 | 13:37

Mayın 19-da rayon İcra Hakimiyyətində Qurban bayramı ilə əlaqədar qida təhlükəsizliyi tələblərinin qorunması və nəzarət tədbirlərinin gücləndirilməsinə dair iclas keçirilib.

Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

İclasda sanitar-gigiyena tələblərinə cavab verməyən yerlərdə, habelə yol kənarlarında və digər ictimai məkanlarda heyvan kəsiminin, satışının, eləcə də kütləvi daşınmasının qarşısının alınması, kəsiləcək heyvanların baytar nəzarətindən keçirilməsi məsələləri müzakirə olunub.

Həmçinin, bayram günlərində qeydiyyatdan keçmiş məntəqələrdə heyvan kəsiminin təşkilinin və profilaktik dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər