Ağdaş rayonunda qanvermə aksiyası təşkil olunub
20 aprel 2026 | 15:52
Aprelin 20-də Ağdaş Rayon İcra Hakimiyyəti və rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə Respublika Qan Bankı tərəfindən könüllü qanvermə aksiyası keçirilib.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada 103 nəfər donor qan verib, 41.2 litr qan tədarük edilib.
Qeyd edək ki, bu cür aksiyalar irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə mühüm töhfə verir.







