Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı və 8.4.7-ci yarımbəndlərinin icrası ilə bağlı marifləndirici tədbir keçirilmişdir

23 aprel 2026 | 15:40

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş rayon Komissiyasının və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupunun bigə təşkilatçılığı ilə 23 aprel 2026-cı il tarixdə Ağdaş rayon İcra hakimiyyətinin inzibati binasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı və 8.4.7-ci yarımbəndlərində nəzərdə tutulmuş “Ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında təbliğat işlərinin daha təsirli metodlarla aparılması” və “Narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması” mövzusunda marifləndirici tədbir keçirilmişdir.

Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş rayon Komissiyasının sədri, Ağdaş rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini İsmayıl Yusifzadə,   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşları Vasif Quliyev və Şahin İsmayılov, Ağdaş rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, müavinləri, psixoloqları və valideynlər  iştirak etmişlər.

Təşkil olunan görüşdə iştirakçılara narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması, o cümlədən  narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri, onun yaratdığı ağır fəsadlar  barədə ətraflı məlumat verilib. Əlavə olaraq məktəb-müəllim-valideyn-şagird münasibətlərinin düzgün qurulmasının əhəmiyyəti qeyd edilib və məktəblərdə təhsil alan, çətin tərbiyə olunan, risk qrupunda olan şagirdlərin valideynləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlərin aparılmasının vacibliyi vurğulanıb. İştirakçılarla mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran suallar cavablandırılıb.     

Sonda şəhər ərazisindəki vətəndaşlara və tədbir iştirakçılarına əyani vəsaitlər və broşurlar paylanılmışdır.

Keçidlər