Ağdaş rayonunda Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi
Ölkəmizi düçar olunduğu siyasi və dövlət böhranından xilas etmək üçün hakimiyyətə qayıdan Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də parlamentin sədri seçilərək dövlətin idarə olunması kimi ağır vəzifəni öz üzərinə götürdü. Milli Qurtuluşdan başlayaraq Böyük Zəfərədək keçən yol ərzində bütün sahələrdə, o cümlədən torpaqlarımızın bütövlüyünün təmin olunması istiqamətində böyük uğurlar əldə edilmişdir. Bu mənada ölkə Prezidentinin rəhbərliyi altında 2020-ci ilin noyabr ayında 44 gün ərzində qazanılan möhtəşəm Zəfər ölkəmizin uğurlar salnaməsinin dəyərli səhifəsini təşkil edir. 15 iyun 2023-cü il tarixdə Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə ilk öncə Dövlət Himni səsləndirilmişdir. Sonra rayon mədəniyyət kollektivlərinin hazırladığı konsert proqramı təqdim olunmuşdur. Tamaşaçılar təqdim olunan musiqi nömrələrini hərarətli alqışlarla qarşılayıblar.