Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətində Kür çayında gursululuq dövrü ilə əlaqədar dəyirmi masa keçirilib.

14 may 2026 | 18:44

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin məsul əməkdaşları, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Dəyirmi masada Kür çayında su səviyyəsinin artması nəticəsində yarana biləcək risklər, daşqın və subasma hallarının qarşısının alınması istiqamətində görüləcək qabaqlayıcı tədbirlər müzakirə olunub. Çıxışlarda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin, ərazilərdə vəziyyətin nəzarətdə saxlanılmasının və əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi qeyd olunub.

Keçidlər