Ağdaş rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində təmizlik və abadlıq işləri həyata keçirilib
22 sentyabr 2025 | 17:20
“Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun şəhər və kənd yaşayış məntəqələrində, eləcə də əsas magistral və kəndlərarası yolların kənarlarında genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Rayon ərazisində küçə və prospektlər, yaşıllıq zolaqları sanitar-gigiyena tələblərinə uyğun təmizlənib, yol kənarlarında isə alaq otları və məişət tullantıları aradan qaldırılıb.
Görülmüş tədbirlərin məqsədi rayonun ümumi abadlıq səviyyəsini yüksəltmək və əhalinin sağlam, təhlükəsiz mühitdə yaşaması üçün zəruri şərait yaratmaqdır.







