Ağdaş rayonunda kənd təsərrüfatının inkişafına dair növbəti onlayn görüş keçirilib
3 aprel 2026-cı il tarixində Ağdaş rayonunda kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiriləcək tədbirlərə dair Tədbirlər Planı layihəsinin icrası ilə bağlı zoom platforması üzərindən növbəti onlayn görüş keçirilib.
Onlayn görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, eləcə də aidiyyəti üzrə digər vəzifəli şəxslər iştirak ediblər.
Görüş zamanı Ağdaş rayonu ərazisində aqroparkların və kənd təsərrüfatı məhsullarının tədarük məntəqələrinin yaradılması, suvarılmayan torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, şoran torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədilə həyata keçirilən pilot layihələrin icrası, həmçinin Ağdaş rayonu üçün spesifik olan meyvə bağları üçün birdəfəlik subsidiyaların verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.







