Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir

11 iyul 2026 | 17:40

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələrin icrası Ağdaş rayonunda ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində rayonda kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılması, emal sənayesinin inkişaf etdirilməsi, müasir və innovativ texnologiyaların tətbiqi, ixrac potensialının genişləndirilməsi, kənd yerlərində məşğulluğun artırılması, dövlət–özəl tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkar və fermerlərlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.

Bu məqsədlə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Şəmsabad kəndində fəaliyyət göstərən fermerlərlə görüşmüş, əkin sahələrində aparılan işlərlə tanış olmuş, kənd təsərrüfatı istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparmışdır.

Keçidlər