Ağdaş rayonunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
29 aprel 2026 | 17:33
Belə ki, Ağdaş Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən rayonun Kotavan və Ovçulu kənd sakinlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mənbəyini Türyançay çayından götürən Türyançay kanalının 10,3 kilometr hissəsində qazıntı işləri aparılmışdır.
Görülmüş işlər nəticəsində kanalın suötürmə qabiliyyəti artırılmış, suvarmanın səmərəliliyi yüksəldilmiş, əkin sahələrinin dayanıqlı su təminatı yaxşılaşdırılmışdır.
Qeyd edək ki, sözügedən tədbirlər kənd təsərrüfatının inkişafına və məhsuldarlığın artmasına mühüm töhfə verir.







