Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda intihara qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

07 may 2026 | 18:21

7 may 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində intihara qarşı mübarizə və bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova mövzunun sosial əhəmiyyətindən danışaraq, intihar hallarının qarşısının alınmasında maarifləndirmə və ictimai dəstəyin vacibliyini vurğulayıb.

Daha sonra Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova çıxış edərək intihar hallarının profilaktikası, erkən müdaxilə və psixoloji dəstəyin əhəmiyyəti barədə məlumat verib.

Tədbir çərçivəsində “İntihar...hansı məqamları bilməliyik?” mövzusuna dair maarifləndirici slaydlar nümayiş etdirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Yekunda bu cür tədbirlərin cəmiyyətdə maarifləndirmə səviyyəsinin artırılmasına və intihar hallarının qarşısının alınmasına xidmət etdiyi qeyd olunub.

Keçidlər