Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

01 iyul 2026 | 17:05

Ağdaş rayonunun Pirəyir kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilib.

Görülən işlər çərçivəsində kənd ərazisində 194 fərdi yaşayış evinə və 2 şəhid bulağına su xətləri çəkilib. Eyni zamanda, fərdi yaşayış evlərində su sayğacları quraşdırılıb.

Su xətlərinin çəkilişi başa çatdıqdan sonra ərazidə abadlıq-bərpa işləri də aparılıb. Belə ki, təqribən 3 kilometr kəndarası yola çınqıl döşənərək hamarlanıb və nəqliyyatın rahat hərəkəti üçün əlverişli vəziyyətə gətirilib.

Qeyd olunan işlər Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilib.

Keçidlər