Ağdaş rayonunda infrastrukturun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Belə ki, rayon İcra Hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, xüsusilə qəsəbənin mərkəzi yolu olan M.Mustafayev küçəsində asfalt örtüyünün cari təmir-bərpa işləri aparılıb. Eyni zamanda mövcud su xətlərində yaranmış nasazlıqlar aradan qaldırılıb, açıq kanalizasiya xətlərinin qazılması və bərpası istiqamətində müvafiq işlər icra olunub.
Bununla yanaşı, digər küçələrdə istismar müddətini başa vurmuş, yararsız və təhlükə yaradan elektrik dirəkləri yeniləri ilə əvəz edilib, ümumi ərazidə sanitar təmizlik və abadlıq işləri həyata keçirilib.
Qeyd edək ki, görülən işlər rayon ərazisində infrastrukturun müasirləşdirilməsinə və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.







