Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda iftar süfrəsi təşkil olunub

11 mart 2026 | 20:16

11 mart 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müqəddəs Ramazan ayının cəmiyyətimiz üçün daşıdığı yüksək mənəvi dəyərlərdən danışılıb, bu ayın insanlar arasında həmrəyliyin, mərhəmətin və xeyirxahlığın daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Dövlətimizin hər zaman həssas əhali qruplarına, xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Ramazan ayı insanları xeyirxahlığa, qarşılıqlı hörmətə və mənəvi saflaşmaya çağıran müqəddəs bir zamandır. Bu ay ərzində ölkəmizin müxtəlif bölgələrində təşkil olunan iftar süfrələri də xalqımızın qədim tolerantlıq və həmrəylik ənənələrinin bariz nümunəsidir.

Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar səsləndirilib.

Keçidlər