Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

12 may 2026 | 17:39

Ağdaş–Ləki avtomobil yolunun Pirəyir kəndi ərazisindən keçən hissəsində mövcud diametri 280 mm olan magistral su xəttinə diametri 90 mm olan yeni su xəttinin qoşulması işlərinə başlanılıb.

Layihə çərçivəsində çəkilən yeni su xətti vasitəsilə kənd üzrə ümumilikdə 180 abonentin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.

Görülən tədbirlər kənd sakinlərinin içməli su təminatının yaxşılaşdırılmasına, əhalinin rahatlığının artırılmasına və mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə xidmət edir.

Hazırda ərazidə işlər davam etdirilir

Keçidlər