Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda “Himayədar ailə nədir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

19 may 2026 | 14:21

19 may 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci bəndinə əsasən “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

          Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Şirazi Qasımzadə, Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi İradə Babayeva, rayon Polis şöbəsinin əməkdaşı, rayon İcra Hakimiyyəti başçısı aparatının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri,  qeyri-hökümət təşkilatlarının təmsilçiləri və bələdiyyə orqanlarının nümayəndələri iştirak edib.

Tədbirdə uşaqlara qayğının artırılmasına əsaslanan himayədar ailə institutunun dünyada geniş yayılmış nümunələrdən biri olduğu, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə onların ailə mühitində yaşamaları və inkişafına şərait yaradılmasının nəzərdə tutulduğu bildirilmişdir. Himayədar ailə modelinin məqsədinin valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaq olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər