Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda əmək yarmarkası keçirilib.

04 avqust 2023 | 10:31

Avqustun 3-də Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının, Mərkəzi Aran Regional Məşğulluq filialının Ağdaş rayon xidmət şöbəsinin nümayəndələri və işaxtaran vətəndaşlar iştirak ediblər. Qeyd edək ki, əmək yarmarkasında 16 müəssisə üzrə 120 vakansiya təqdim edilib. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Yarmarkada həmçinin vətəndaşların peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb. Bundan başqa, aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq haqqında da vətəndaşlar ətraflı məlumatlandırılıblar.

 

Keçidlər