Ağdaş rayonunda “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olunub.
23 iyun 2026-cı il tarixində Ağdaş rayonunda “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzinin qarşısında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda dövlətçiliyimizin möhkəmləndirilməsində, vətəndaş məmnunluğunun təmin olunmasında və ölkəmizin davamlı inkişafında dövlət qulluqçularının rolunun böyük olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurlu icrasında dövlət qulluqçularının üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələrinin vacibliyini xüsusi vurğulayıb.
Tədbirdə rayon İcra Hakimiyyəti və yerli icra strukturlarında çalışan bir qrup dövlət qulluqçusuna dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.







