Ağdaş rayonunda dənli və texniki bitkilərin yığılması, daşınması dövründə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına həsr olunan seminar-müşavirə keçirildi.
20 iyun 2022-ci il tarixində rayonda açıq hava şəraitində dənli və texniki bitkilərin yığılması, daşınması dövründə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına həsr olunan seminar-müşavirə keçirilmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavinləri daxili xidmət polkovnikləri Aqşin Kazımov, Vaqif İbrahimov və Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi daxili xidmət polkovniki Natiq Mirzəyev, həmçinin Ağdaş rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak etmişdir. Mütəxəssislər qrupu tərəfindən seminar-müşavirədə dənli və texniki bitkilərin yanğından mühafizə olunması məqsədilə müzakirələr aparılmış, fermerlərə zəruri tapşırıq və tövsiyələr verilmişdir.