Ağdaş rayonunda daha üç şəhid ailəsi ziyarət edilib
25 fevral 2025 | 12:49
Fevralın 25-də Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Kərimli Nihat Teymur oğlu, İdrisov Xəyal İbrahim oğlu və Osmanov Məhəmməd Seymur oğlunun ailələrini ziyarət edib.
Rayonun Ərəbocağı kəndində yaşayan ailələrlə görüşdə şəhidlərimizin şərəfli döyüş yolundan, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub, onların əziz xatirələri ehtiramla yad edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinin sosial müdaiəsinin gücləndirilməsidir və bu sahədə ardıcıl işlər aparılır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, tarixi Zəfərimizzin qazanılmasında onların övladlarının da payı olduğu üçün fəxr və qürur hissi keçirdiklərini qeyd ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!