Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Beynəlxalq Ailə Günü qeyd olunub.

15 may 2026 | 18:20

15 may 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, uzunömürlü və nümunəvi  ailələr, gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova bildirib ki, ölkəmizdə ailə institutunun qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ailə siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri isə milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir. Səmimi söhbət zamanı ailə dəyərlərinin qorunmasının, sağlam ailə münasibətlərinin və gənc nəslin bu dəyərlər ruhunda formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən hər il 15 may tarixi bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

 

Keçidlər