Ağdaş rayonunda barama tədarükünə başlanılıb.
09 iyun 2022 | 14:48
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Ağdaş rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib. Rayonda yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərindən indiyədək kümçülər tərəfindən yetişdirilən 2465,3 kiloqram məhsul “Şəki İpək” ASC nümayəndələri tərəfindən qəbul edilib. Qeyd etmək lazımdır ki, cari ildə 105 kümçü tərəfindən Qax Damazlıq İpəkçilik Stansiyasından 220 qutu ipəkqurdu toxumu götürülüb. Hazırda barama tədarükü davam etdirilir.