Ağdaş rayonunda Aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Tədbirlər çərçivəsində rayonun təhsil müəssisələrində, eləcə də gənclər təşkilatında şanlı Aprel döyüşlərinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilmiş, açıq dərslər keçirilmiş, sərgilər nümayiş etdirilmiş, hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.
Həmçinin rayon məktəbliləri və fəal gənclər 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Qarabağ istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan həmyerlimiz Ömər Məzahir oğlu Cəbrayılovun xatirəsini ehtiramla yad etmiş, onun məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzmüşlər.
Keçirilən tədbirlərdə Aprel döyüşlərinin Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın vətənpərvərlik ruhunun bariz nümunəsi olduğu xüsusi vurğulanmış, gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, Vətənə bağlı ruhda formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılmışdır.







